Mirabdulla Abbasov: "Qələbə qazanmaq üçün əlimizdən gələni etdik"

02.12.2018 | 5193 dəfə oxunub

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov "Sabah”la oyun haqda fikirlərini bildirib. Stadium.Az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına açıqlamasında hakimin qərarlarını "absurd” adlandırıb:

"Çox çətin oyun alındı. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik və buna nail olduq. Komanda yoldaşlarıma, məşqçilərə və rəhbərliyə təşəkkür edirəm. Bu bizim ümumi qələbəmizdir. Hakim qərarlarına gəlincə, çox ümid etmək istərdim ki, bunlar qərəzsiz və səhv qərarlar idi. Amma şəxsi fikrim budur ki, hakim penalti vermək əvəzinə, haqsız olaraq simulyasiyanı əsas gətirərək, Daboya ikinci sarı vərəqəni göstərdi. Absurddur. Fikrimcə, hakim əlindən gələni etdi ki, uduzaq. Şükür Allaha, bu bizim qələbə qazanmağımıza mane olmadı”.

Abbasov qol vurmağına da münasibət bildirib: "Bu mənim cərimə zərbəsindən vurduğum ilk qoldur. Məşqlərdə həmişə bunun üzərində çalışırdım, bəzən alınırdı, bəzən yox. Bu gün isə oyunda alındı. Bundan sonra cərimə zərbələrini özüm yerinə yetirəcəm (gülür). Ümid edirəm, bu, cərimə zərbəsindən vurduğum son qol olmayacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail