AFFA-nın prezidenti millimizin rəqibləri haqda danışdı

02.12.2018 | 3220 dəfə oxunub

AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün İrlandiyanın paytaxtı Dublində keçirilmiş AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirib.

Stadium.az xəbər verir ki, AFFA-nın rəsmi saytına danışan Abdullayev püşkü dəyərləndirib: “İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var. Müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm. Millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edirəm. Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.

Millimiz seçmə mərhələdə Xorvatiya, Uels, Slovakiya və Macarıstanla E qrupunda mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail