Premyer Liqada oyunların vaxtı dəyişdirilir

04.12.2018 | 4128 dəfə oxunub

AFFA Klublar Komitəsinin iclası işə başlayıb. 

Stadium.az xəbər verir ki, toplantının gündəliyinə 7 məsələ daxil edilib.

1. Baş katib Elxan Məmmədovun çıxışı

2. Növbəti mövsümdən klublar maliyyə hesabatlarını özlərinin və ya AFFA-nın rəsmi saytı vasitəsilə açıqlamalıdırlar. Bu, lisenziyalaşdırma prosedurunun A meyarıdır və mütləq yerinə yetirilməlidir. AFFA Lisenziyalaşdırma Departamentinin rəisi Sərxan Hacıyev və əməkdaşı Bəhram Dadaşovun iştirakı ilə)

3. Bazar günləri baş tutan oyunların keçirilmə saatları 15:00 və ya 16:00-a təyin edilsin. Həftənin digər günlərində isə oyunlar axşam saatlarında - 19:00, 20:00 və ya 21:00-da təyin edilsin (PFL nümayəndəsi Aslan Şahgəldiyevin iştirakı ilə)

4. AFFA-nın UEFA-ya üzv olduğunu və bu qurumun reqlamentlərini tanıyıb-qəbul etməsini nəzərə alaraq, Premyer Liqanın oyunlarında texniki skamyada əyləşən rəsmi şəxslərin sayının 7-dək artırılmasını və əsas komandanın təşkilati işləri funksiyasını icra edən baş menecerin həmin zonada əyləşməsinə icazə verilməsinin, əlavə oturacaqların sayının 8-dək artırılmasının, klubların əsas komandasının baş menecerlərinə (komandanın rəisi) lisenziyaların verilməsinin mümkünlüyünün müzakirəsi (PFL nümayəndəsi Aslan Şahgəldiyevin iştirakı ilə)

5. Hakimlərin üst geyimi kimi alt geyimlərinin (şort) də eyni rəngdə olmasını təmin etmək məqsədilə AFFA Hakimlər Komitəsinə müraciət etmək (Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin iştirakı ilə)

6. Klublar Komitəsinin növbəti fəaliyyət müddəti üçün yeni sədrin seçkisi

7. Digər məsələlər



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail