"Qəbələ"nin qış hazırlıq planı

05.12.2018 | 3684 dəfə oxunub

"Qəbələ”nin 2018-2019-cu illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Stadium.az klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin dekabrın 20-də keçiriləcək cavab oyunundan sonra istirahətə buraxılacaq “qırmızı-qaralar” 2019-cu il yanvarın 6-da Bakıda bir araya gələcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda ayın 13-dək paytaxtda hazırlıq keçəcək. Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. “Qəbələ” yanvarın 13-dən 27-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. “Qırmızı-qaralar” Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq. Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. Komanda yanvarın 16, 20, 24 və 26-da keçiriləcək matçlarda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardakı rəqiblərdən ikisi dəqiqləşib. “Qəbələ” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu “Meppen”lə üz-üzə gələcək. Ayın 24-dəki rəqib isə Rusiyanın birinci divizion təmsilçisi “Fakel” olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail