"Onun buna ehtiyacı vardı" - Ayxan Abbasov

06.12.2018 | 3904 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan" üzərində 4:0 hesablı qələbəni şərh edib.

Stadium.az klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, gənc mütəxəssis futbolçularının xarakter göstərdiyini bildirib:

"İlk olaraq komandanı təbrik edirəm. Belə meydançada xarakter göstərdilər. Gənclərə və az oynayan uşaqlara şans vermişdik. Rəqibə də uğurlar arzulayırıq. Süni örtüklü stadion olduğuna görə əsas heyətin bir sıra oyunçusuna zədədən qorunsunlar deyə şans vermədim. “Qaradağ Lökbatan”a növbəti oyunlarda uğurlar arzu edirəm. Növbəti oyunumuzun “Neftçi”ylə olacağına gəlincə, bütün komandalara hörmət edirik. Hər oyun çətin olur. O ki qaldı Nicat Qurbanova, yorulsa belə, 90 dəqiqə oynatdım, onun buna ehtiyacı var".

Böyükhesablı qələbədən sonra adını 1/4 finala yazdıran "Sumqayıt" bu mərhələdə "Neftçi"yə rəqib olub. Komandalar arasında ilk oyun dekabrın 15-də, cavab matçı isə 4 gün sonra olacaq.

"Qaradağ Lökbatan"ın baş məşqçisi Elçin Dərgahquliyev isə oyunlar bağlı bunları deyib: "Premyer Liqa ilə divizion arasındakı səviyyə fərqi özünü göstərdi. Futbolçularımızın çoxu 20 və daha aşağı yaşda idilər. Onlar ilk dəfə idi ki, Premyer Liqa klubu ilə oynayırdılar. Rəqibə uğurlar arzu edirəm, təəssüflənməyimə yeganə səbəb müdafiə xəttinin həddən artıq zəif çıxış etməsi oldu".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail