Tərlan Əhmədov: "Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur"

07.12.2018 | 5004 dəfə oxunub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vuruldu. Sonuncu görüşdə “Keşlə” “Şüvəlan”ı 3-0 hesabı ilə məğlub edib növbəti mərhələdə “Qarabağ”a rəqib oldu.

Stadium.Az xəbər verir ki, matçdan sonra "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov oyun haqda fikirlərini bölüşüb: “1/8 final mərhələsi 1 oyundan ibarətdir. Bu gün I Divizion klubu “Şüvəlan” ilə üz-üzə gəldik. Buna baxmayaraq, 1-ci hissədə çətinlik çəkirdik, qol vura bilmirdik.

2-ci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq. Aqil Nəbiyev “Şüvəlan”da yaxşı kollektiv qura bilib, bu səbəbdən onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail