Samir Abasov: "Nələrisə mütləq dəyişməliyik"

09.12.2018 | 3457 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Zirə"  "Qarabağ"la qarşılaşıb

Stadium.az
xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "Zirə"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

- Deyiləsi nəsə qalmadı. Oyun ilk hissə həll olmuşdu. İkinci hissə formal xaraketer daşıyırdı. "Qarabağ" kimi komandaya qarşı 3-0 uduzursansa oyunu dəyişmək mümkün deyil. İtkilərimiz vardı, amma sırf bu səbəbdən uduzduq deməzdim. Oyuna da yaxşı başlamışdıq. Fərdi səhvlərdən qollar buraxdıq. "Qarabag"la oyunlarda belə səhv lər bağışlanmır. Yaxşı ki,bu səhvlər bu oyunda oldu. Bəzi oyunçular barədə də qəti cavab aldıq ki, kimlə yollarımız hara kimidi. Qarşıda iki çətin oyunumuz var. O oyunlara hazırlaşacağıq. Vaxtımız var. Nələrisə mütləq dəyişməliyik.

- Kimlərlə yolunuzu davam etdirməyəcəksiniz?

- Sabah kimlərisə çıxartmaq fikrimiz yoxdur. Sadəcə düşünürdük ki, bu adama nəsə olsa ehtiyatdakı başqa futbolçu ilə onu dəyişə bilərik. Amma gördük ki, yox onlara güvənmək olmaz. Yeni futbolçular mütləq lazımdır

- Ən böyükhesablı məğlubiyyətinizi aldınız. Özünüzü qınayırsız yoxsa komandanı?

- Doğurdanda o epizodalarda futbolçular qınanmalıdı. Özümdən günahı atmıram, amma 3 qolda edilər səhvlər bağışlanmazdı. Əsas da Budaqın səhvlərin qeyd edərdim. Adam öz dünyasındandır. Səhvləri gətirib qollara çıxardı. 

- Oyundan sonra Qurban Qurbanovu təbrik etmədiniz

- Əsəbləşmişdim. Paltar dəyişmə otağına tələsirdim. Futbolçulara dedim ki, sabah ətraflı danışacağıq. Yəqin ki, rəqibin baş məşqçisi məni bağışlayar. Elə burdan təbrik edirəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail