İK-a cəzaları açıqladı

18.12.2018 | 4561 dəfə oxunub

AFFA-nın İntizam Komitəsi qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarda təhqirə yol verənlərlə bağlı qərarlarını açıqlayıb.

Stadium.az xəbər verir ki, Region Liqasının “Ağsu Siti” – “İmişli” oyununda qonaqların futbolçusu Allahverdi Fərzəliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-17 Liqasının “Səbail” – “Xəzər Lənkəran” matçında isə qonaqların futbolçusu Məhəmməd Ağazadə “fərqlənib”. O, hakimi təhqir etdiyinə görə 4 oyun cəza alıb.

U-15 Liqasının “Qarabağ” – “Zirə” görüşündə isə qonaqların oyunçusu Mahmud Ağayev rəqibi təhqir edib. Onun cəzası 2 matçdan ibarət olub.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Hicran”  – “Obolon” matçında isə baş məşqçi diqqət mərkəzinə düşüb. Nominal meydan sahibinin çalışdırıcısı Elşən Ağaverdiyevin hakimi təhqir etməsi ona ağır başa gəlib. Məşqçi 5 oyun cəzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail