Tərlan Əhmədov: "Fasilədən sonra daha yaxşı "Keşlə" görəcəksiniz"

20.12.2018 | 3287 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Keşlə" "Qarabağ"ı qəbul edib.

Stadium.az xəbər verir ki, başa çatan oyundan sonra keçirilən mətbuat konfransında "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov  jurnalistlərin suallarını cavablandırıb

- Kubok oyunları elə bir oyundur ki, burada səhvlər bağışlanmır. Maraqlı oyun izlədik. Uşaqlardan razı qaldım. Futbolçularıma gözəl oyuna görə təşəkkur edirəm. Bu oyunun davamını gətirib növbəti il  oyunumuzu daha da təkminləşdirməliyik. İstədiyim oyunu bu gün meydanda gördüm. Amma narahat edən məqamlar da var. Hər hissənin əvvəlində buraxılan qollar düşündürücdür. Fasilədə axsayan cəhətlərimiz üzərində işləyəcəyik

- Əvvəlki oyunlarda komanda niyə belə çıxış edə bilmədi?

- Görüləcək işlər çoxdu. Komanda indi-indi özünə gəlir. Daha kompakt oynamağa çalışırıq. Ay yarım olar komandaya gəlmişəm. Bu müddətdə hər şeyi etmək çətindi. Zamanla həllinə çaılşırıq

- Gedəcək futbolçuların siyahısı hazırdı?

- Tam siyahı hələ məlum deyil. Yekun siyahı sabah bilincək. Siyahımızda təxmini 6 futbolçu olacaq

- Qışda komandanı istədiyiniz səviyyəyə gətirə biləcəksiz?

- Siyahımızda bəzi futbolçular var. Onlar bizə qoşulandan sonra daha yaxşı "Keşlə" görəcəksiniz

- Komandanın qarşıdakı hədəfi nə olacaq?

- Qarşıda 14 tur var. Hələ çox şeylər dəyişəcək. Komanda daha yaxşı oynayıb, daha yaxşı yerlərə çıxa bilər. Avrokuboklar zonasına düşə bilərik. Xal fərqi elə də çox deyil. Avrokuboklara getməyə çalışacağıq




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail