Azərbaycan Kuboku, yarımfinalçılar müəyyənləşdi

20.12.2018 | 4784 dəfə oxunub

Azərbaycan Kubokunda 2018/2019-cu illər mövsümünün yarımfinalçıları məlum oldu. Stadium.Az xəbər verir ki, ¼ final mərhələsinin cavab oyunları çərçivəsində iki matç 19 dekabrda baş tutdu.

Günün ilk qarşılaşmasında “Zirə” “Səbail”i məğlub edərək (3:2) iki oyunun nəticəsinə görə 4:2 hesabı ilə qalib gəldi. Qəsəbə təmsilçisi Premyer Liqanın qış fasiləsinə sonuncu pillədə yollansa da, ölkə kubokunda iddiasını davam etdirir.

Digər qarşılaşmada “Sumqayıt” doğma meydanda “Neftçi”ni qəbul etdi. Bakıdakı ilk oyunda  2-0 qalib gələn “gənclik şəhəri”nin komandası “Kapital Bank Arena”da minimal hesabla məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə adladı. “Sumqayıt” ötən il olduğu kimi, bu dəfə də qış çempionunu kubokdan kənarlaşdırmağı bacardı.

¼ final mərhələsinin son iki görüşü 20 dekabrda keçirildi. İlk olaraq “Sabah” “Əlincə Arena”da “Qəbələ”ni qəbul etdi. Ötən ilin finalçısı ev oyununda olduğu kimi  1-0 hesablı qələbə qazanaraq həm oyunda, həm də ümumi hesabda rəqibini üstələdi.

Sonuncu yarımfinalçının adına “ASK Arena”da aydınlıq gəldi. Birinci qarşılaşmada “Keşlə”ni 1-0 hesabı ilə məğlub edən “Qarabağ” cavab görüşündə sülhlə razılaşdı və “Qəbələ”yə rəqib oldu.

Azərbaycan Kubokunun 23 aprel-1 may tarixdə keçiriləcək yarımfinal qarşılaşmalarında “Qəbələ” “Qarabağ”la, “Sumqayıt”  isə  “Zirə” ilə görüşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail