Krespo Bakıda

23.12.2018 | 3469 dəfə oxunub

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində bu gün paytaxtımızda səfərdə olub.

Stadium.az xəbər verir ki, dekabrın 22-dən etibarən Bakıda fəaliyyətə başlayan UEFA Avropa Liqası muzeyində Krespo AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb, gələn il keçiriləcək final qarşılaşması barədə fikir mübadiləsi aparılıb.

Sonra argentinalı futbol ulduzunun imza mərasimi təşkil olunub. Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olan tədbirdə muzeyə daxil olanlar Krespodan avtoqraf almaq, onunla şəkil çəkdirmək imkanı qazanıblar. Tədbirin sonunda UEFA-nın ulduz səfirinin media üçün brifinqi keçirilib.

2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail