"Kəpəz" uşaq evini ziyarət etdi

27.12.2018 | 3787 dəfə oxunub

“Kəpəz”in üzvləri ənənəyə sadiq qalaraq əlamətdar günlər ərəfəsində Gəncə şəhər Uşaq Evini ziyarət edib. Klubun kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xüsusi qayğıya və diqqətə ehtiyac duyan uşaqlara baş çəkib.

Stadium.az xəbər verir ki, Uşaq evinin sakinləri “Qış nağılı” adlı musiqili-əyləncəli proqramla qonaqların qarşısında çıxış ediblər. Maraqlı süjet xətti və mahnılarla zəngin olan yeni il ovqatlı kompozisiya görüşü unudulmaz məqama çevirib. Uşaqların nümayiş etdirdiyi səhnəciklər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb 

Gəncə klubunun baş məşqçisi Etibar İbrahimov kollektiv adından uşaqları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb. O, uşaq evinə gəlməyin vətəndaşlıq borcu olduğunu bildirib. Kollektiv olaraq hər zaman belə addımlar atacaqlarını və mümkün qədər daha tez-tez ziyarətə gələcəklərini sözlərinə əlavə edib.

Görüşün sonunda balacalara bayram şirniyyatı, klubun şərfləri və toplar təqdim olunub. Hədiyyələr azyaşlıların sevincinə səbəb olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail