Aqil Məmmədov: "Daimi oynamadığım üçün bu addımı atdım"

03.01.2019 | 4588 dəfə oxunub

"Qəbələ"nin qapıçısı Aqil Məmmədov karyerasını yenidən "Neftçi"də davam etdirəcək. Stadium.Az xəbər verir ki, bu barədə qolkiper özü məlumat verib.

O bildirib ki, artıq paytaxt klubu ilə razılıq əldə edib. Yaxın günlərdə tərəflər arasında 1,5 illik müqavilə imzalanacaq:

"Neftçi"yə keçidim dəqiqləşməsə də, artıq klubla anlaşmışam. İl yarımlıq müqavilə bağlayacağam. Amma hələlik məsələ rəsmiləşməyib. Çünki "Qəbələ"dən transfer vərəqəsini almamışam. İnanmıram ki, nəsə problem çıxsın. Sağ olsunlar, qərarımı anlayışla qarşıladılar. Yanvarın 6-na kimi hər şey məlum olacaq".

Məmmədov "Qəbələ"dən ayrılmasının səbəbini də açıqlayıb: "Daimi oynamadığım üçün bu addımı atdım. Düzdür, "Neftçi"də də əsas heyətə düşmək asan olmayacaq. Çünki orada da Səlahət kimi qapıçı var. Digər səbəb isə “Qəbələ”nin bölgə klubu olmasıdır. Rayon yeridir, məsafə uzaqdır. Həm orda, həm burda olurduq, yollarda qalmışdım. Başqa bir problem yox idi. Sağ olsunlar, hər şey yaxşı idi".

2015-2016-cı illərdə də "Neftçi"nin formasını geyinən Aqil ötən mövsümün fasiləsində paytaxt klubuna keçsə də, bir neçə gün sonra yenidən "Qəbələ"yə qayıtmışdı. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail