Stadium.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu gün 2019-cu ildə ilk məşqinə çıxıb. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutan məşq prosesi təxminən 1 saat davam edib.
Növbəti dövrəyə hazırlığın 1-ci mərhələsi yanvarın 11-dək davam edəcək. 2 günlük istirahətin ardınca isə "Sumqayıt" Türkiyənin Antalya şəhərinə yola düşəcək.