Rövnəq Abdullayev Blatterlə görüşdü - FOTO

23.01.2012 | 4859 dəfə oxunub

AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə FİFA-nın prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilib. Stadium.az xəbər verir ki, son illər ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə dünya futbol qurumunun rəhbərinə məlumat verən AFFA-nın prezidenti bu sahədə dövlət başçısının qayğısını xüsusilə qeyd edib.
 
Bildirilib ki, ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına daim diqqət yetirən və köməklik göstərən Respublika Prezidenti cənab İlham Əliyevin göstərişi ilə son illər infrastrukturun genişləndirilməsi istiqamətində xeyli işlər görülüb. Ölkəmizin müxtəlif ərazilərində stadionlar inşa olunur. “Dövlət başçımızın və sizin iştirakınızla ötən il Olimpiya stadionunun təməlqoyma mərasimi keçirildi, AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”nın açılışında isə siz də iştirak etdiniz”.
 
İlk dəfə olaraq bu il ölkəmizdə keçiriləcək FİFA U-17 qadınlararası Dünya Çempionatı 2012-nin yüksək səviyyədə təşkili üçün mütəmadi işlərin görüldüyü FİFA prezidentinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, Respublika Prezidenti bu mötəbər çempionatın da lazımi səviyyədə keçirilməsini daim nəzarətdə saxlayır, müvafiq tapşırıqlarını verir və həyata keçirilən tədbirlərlə mütəmadi qaydada tanış olur:
 
“Ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda 2012-ci ilin idman ili elan olunması dövlətin idmana son dərəcə böyük qayğısının məntiqi nəticəsidi. Bu çempionatın başlanma vaxtını göstərən sayğacın isə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən işə salınması ölkə ictimaiyyəti arasında böyük rezonansa səbəb oldu. Bir sözlə, biz FİFA ilə əməkdaşlığımızı daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışırıq”.
 
Dünya çempionatı ilə bağlı görülən işləri əks etdirən videoçarxlar monitor vasitəsilə beynəlxalq futbol qurumu rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla bağlı çap olunan kitablar qonaqlara təqdim olunub.
 
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
Sonda xatirə şəkli çəkdirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail