"Turan"dakı hadisələr mənə psixoloji cəhətdən pis təsir etmişdi"

23.01.2012 | 5909 dəfə oxunub

"Sumqayıt"ın qış "transfer pəncərəsi" dövründə heyətinə qatdığı Yasin Abbasov hazırda Antalyada komanda ilə birlikdə məşq edir. Ən böyük arzusunun milli komandanın formasını geyinmək olduğunu deyən adıçəkilən futbolçu klubun rəsmi saytına müsahib verib. Stadium.az həmin müsahibəni təqdim edir:


- Premyer Liqanın birinci dövrəsi sənin üçün nə ilə yadda qaldı?

- Premyer Liqanın ilk dövrəsi mənim üçün olduqca pis keçdi. “Turan”dakı məlum hadisələr bütün futbolçular kimi mənə də psixoloji cəhətdən pis təsir etmişdi. Bu səbəbdən Tovuz klubunda istədiyim oyunu nümayiş etdirməkdə çətinlik çəkirdim.


- “Sumqayıt” Futbol Klubuna gəlişin necə baş tutdu?

- İki ay bundan əvvəl “Sumqayıt” Futbol Klubunun mənimlə maraqlanmasını eşitmişdim. Bu klubdan başqa, Premyer Liqanın bir necə komandası da xidmətimdə maraqlı idi. Təklif aldıqdan sonra “Sumqayıt” Futbol Klubunun rəhbərliyi ilə görüşdüm. Rəhbərliyin futbolçularla münasibətini gördükdən sonra burada oynamağa razılıq verdim. Bir klubun rəhbərliyi futbolçu ilə xoş münasibətdə olursa, futbolun inkişafı üçün bacardığı hər bir şeyi edirsə, bu məkanda olmaq insana xüsusi zövq verir. Sözün əsl mənasında “Sumqayıt” Futbol Klubunun rəhbərliyi tək mənə yox, heyətdə yer alan bütün futbolçulara xoş münasibət göstərir və futbolun inkişafı üçün çalışır.


- Antalyadakı hazırlıq prosesi necə gedir?

- Müqavilə imzaladıqdan sonra Antalyaya klubun düşgəsinə yollandım. Məni burada çox xoş qarşıladılar. Baş məşqçi Bernhard Raabla tanış olduqdan sonra ilk məşqimə çıxdım. Hazırda təlim-məşq toplanışı yüksək səviyyədə davam edir. “Paderborn”la yoxlama oyununun ikinci hissəsində də meydana çıxdım. Düşünürəm ki, hazırlıq prosesinin sonuna qədər komandaya tam uyğunlaşacağam.

- Yeni klubun haqqında nə deyə bilərsən?

- Bu layihəni çox bəyənirəm. “Sumqayıt” Azərbaycan futboluna çox xeyir verəcək. Bildiyiniz kimi, komanda gənc futbolçulardan qurulub. Burada oynamaq mənim kimi gənclərin futbol təcrübəsini artırmağa xeyli təkan verəcək. Əlbəttə, gənclərin yanında bir neçə təcrübəli futbolçunun olması da məqsədəuyğun haldır. “Sumqayıt” Premyer Liqanın ilk dövrəsində yaxşı təsir bağışladı. “Qarabağ”, AZAL və “Kəpəz” kimi komandalarla oyunda qələbə qazanmaq klubda görülən işlərin nəticəsidir. “Sumqayıt”da oyun praktikamı artırıb, uğurlu çıxışımla Azərbaycan millisinə çağrılmaq istəyirəm. Yığmanın formasını geyinmək ən böyük arzumdur.


- Premyer Liqanın ikinci mərhələsindən nə gözləyirsən?

- Altılıq mərhələsinə qədər bizi 4 çətin oyun gözləyir. Bu qarşılaşmalarda xallar toplamaq məcburiyyətindəyik. Düşünürəm ki, “Sumqayıt” Premyer Liqada 7 və ya 8-ci pillələr üçün oynaya bilər. Gələn mövsüm isə bu klub daha uğurlu nəticə əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail