"Onların qələbə qazanma istəkləri məni qane etdi"

27.01.2019 | 5322 dəfə oxunub

"Bu gün iki oyun keçirmək istəyirdik. Fikrimiz hər kəsə 90 dəqiqə şans vermək idi". Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov klubun rəsmi saytına açıqlamasında deyib.

Gənc mütəxəssis Antalya toplanışının son günündə Almaniyanın "Optik" və Serbiyanın "Zemun" klubları ilə keçirdikləri yoxlama oyunlarını dəyərləndirib:

"Birinci oyun hava şəraitinə görə 45 dəqiqə çəkdi. Meydanda olan futbolçular bu müddətdə yaxşı təsir bağışladılar. İkinci oyundakı rəqibimiz də kifayət qədər yaxşı klub idi. Oyun planlaşıdırılan yerdə baş tutmadı, çətinliklə Manavgat stadionuna gəldik. Qarşılaşmaya gəldikdə isə, maraqlı oyun keçdi. Dünənki ağır məşqdən sonra keçirilən oyunun sonunda futbolçularımdan razı qaldım. Onların qələbə qazanma istəkləri məni qane etdi. Şükürlər olsun ki, toplanışı qələbə ilə başa vurduq. Bakıya qayıtdıqdan sonra bəzi səhvlərimizi tam aradan qaldırıb, “Qəbələ” ilə qarşılaşmaya tam hazır olmağa çalışacağıq".

"Sumqayıt"ın "Optik"lə oyunu əlverişsiz hava şəraitiilə əlaqədar yarımçıq dayandırılıb. İkinci matç isə Ayxan Abbasovun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail