Sadıq Sadıqov turnirin qalibləri ilə görüşdü - FOTOREPORTAJ

23.01.2012 | 4086 dəfə oxunub

Bu gün "Neftçi"nin bazasında klub prezidenti Sadıq Sadıqov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş "Dəri top" turnirinin qalibi olan U-14 komandasının futbolçuları, onların valideynləri və məşqçiləri ilə görüşüb.

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi"nin prezidenti Sadıq Sadıqov yeniyetmə futbolçuları beynəlxalq turnirdə qazandıqları qələbə münasibəti ilə təbrik edərək, qələbənin əhəmiyyətindən danışıb:

"Azərbaycanda idmana dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Ölkə başçısı İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəaları AFFA rəhbərliyi tərəfindən layiqincə yerinə yetirilir. "Neftçi"də ən prioritet məsələlərdən biri uşaq futbolunun inkişafı və istedadlı gənclərin üzə çıxarılmasıdır. Müxtəlif yaş qrupları üzrə komandalarımız hər il beynəlxalq yarışlarda uğurla iştirak edirlər.

Çox sevindirici haldır ki, bu dəfə U-14 komandamız Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş "Dəri top" turnirinin qalibi olub. MDB və Baltikyanı ölkələrdən olan 12 komanda arasında birinci yeri tutmaq böyük uğurdur. Bu münasibətlə bütün komanda üzvlərini təbrik edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail