Millimizin baş məşqçisi o olacaq

01.02.2019 | 5435 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçi postuna əsas namizəd müəyyənləşib. Qurban Qurbanovun istefaya göndərilməsindən sonra boş qalan posta italiyalı Anjelo Alessionun gətiriləcəyi gözlənilir.

Stadium.Az "Matc.az"a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis ötən həftə Bakıya gəlib və AFFA-nın inzibati binasında assosiasiya rəhbərliyi ilə görüşüb. Tərəflər arasında danışıqların ilkin mərhələsi onun yığmamızın “sükanı arxası”na keçmək ehtimalını artırıb. Görüş paytaxt restoranlarının birində şam yeməyi ilə yekunlaşıb.

Yığmamızın baş məşqçi postuna əsas namizəd olan italiyalı məşqçilik karyerasına 1998-ci ildə başlayıb. 6 il "Napoli"nin müxtəlif komandalarında çalışan Alessio sonradan "İmolese" (2004-05), "Massese" (2006-07) və "Spal"da (2008) baş məşqçi olub. 

İtaliyalı mütəxəssis daha çox məşhur həmyerlisi Antonio Kontenin köməkçisi kimi tanınır. O, son 8 ildə bu mütəxəssisin köməkçisi olub. Alessio 2010-11-ci illərdə "Siena", 2011–14-cü illərdə "Yuventus"da, 2014-16-cı illərdə İtaliya millisində, 2016-18-ci illərdə isə İngiltərə "Çelsi"sində Konte ilə çalışıb.

2012-ci ilin oktyabrından dekabra qədər isə "Yuventus"da baş məşqçi əvəzi olub. O, arxada qalan müddətdə 3 dəfə İtaliya, 1 dəfə İngiltərə çempionu olub, vətənində 2 Super Kubok qazanıb. Məşqçilik fəaliyyətindən öncə isə Alessio İtaliyanın müxtəlif klublarında çıxış edib. Sabiq yarımmüdafiəçi “Avellino” (1984-87 və 1997), "Yuventus" (1987-92), "Boloniya" (1988-89, icarə), "Bari" (1992-95), "Kosensa" (1995-97) və "Modena" (1998) klublarında forma geyinib. Alessio "Yuventus"un futbolçusu kimi UEFA kuboku və İtaliya kubokunu başı üzərinə qaldırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail