"Neftçi"də 5, "Qarabağ"da 2 yeni futbolçu

01.02.2019 | 5201 dəfə oxunub

"Neftçi" və "Qarabağ" klubları mövsümün ikinci yarısı üçün yeni iştirak ərizələrini Peşəkar Futbol Liqasına göndəriblər.

Stadium.Az xəbər verir ki, çempionatın liderinin siyahısında 5 yeni futbolçu yer alıb.

Komanda mövsümün ikinci yarısı üçün Mamadu Mboc ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə ("Qarabağ"), Aqil Məmmədov ("Qəbələ") və Vangellis Platellası (OFİ, Yunanıstan) sifariş verib.

Paytaxt təmsilçisinin icarəyə verdiyi Kvame Karikari ("Əl-Oruba", BƏƏ - icarə), eləcə də yollarını ayırdığı Rəşad Eyubov ("Sabah"), Rəşad Əzizli ("Sumqayıt"), Dario Frederiko ("Tequ", Cənubi Koreya) və Slavko Braliç siyahıda yer almayıb.

"Qarabağ"ın isə iştirak ərizəsində 2 yeni futbolçunun adı qeyd olunub. Halbuki Ağdam təmsilçisi Reynaldo Silva ("Aktobe", Qazaxıstan) və Riçard Almeyda ("Astana", Qazaxıstan - icarə) ilə yanaşı, "Qəbələ"dən Hacıağa Hacılını da heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçinin adı "Qarabağ-2" komandasında qeyd olunub. Ağdam təmsilçisinin yollarını ayırdığı iki oyunçu - Turan Vəlizadə ("Neftçi") və Coşqun Diniyev ("Sabah") siyahıdan çıxarılıb.

Azərbaycan Premyer Liqasının digər altı komandası iştirak ərizələrini PFL-ə təqdim etməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail