Samir Abasov: "Ümidlərin ķəsiləcəyi oyun idi"

02.02.2019 | 4479 dəfə oxunub

Azərbaycan Premyer Liqasında XV turun “Zirə” – “Sabah” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb: - Həddən artıq çətin və pis oyun oldu. Ürək açmadı oyunumuz. Özümüz özümüzdən belə şey gözləmirdik. Deməzdim ki, Antalyadakı oyunlar bizi rahatlatmışdı. Öz azakeşlərimizin önündə oynamaq həyəcana səbəb olmuşdu. Matçdan əvvəl futbolçulara demişdim ki, bir nəfər oyundan qopsa, böyük problemlər yaranacaq. İlk hissədə isə 5-6 nəfər oyundan qopmuşdu və hətta ipi qırmışdı. Yeni futbolçulardan da çox şey gözləmirdik. Sadəcə, meydana buraxdıq ki, ab-havanı hiss eləsinlər. Bir az hazır olanlara şans verdik. Bu, ümidlərin kəsiləcəyi oyun idi. Hər şeyi etdik ki, özümüzü çuxura salaq. Rahatçılıq yox idi. Sadəcə, bilmirəm nə baş verdi.

- Bir müddət say üstünlüyünüz olsa da, bundan yararlana bilmədiz. Ümumiyyətlə, komanda tapşırıqlarınızı neçə faiz yerinə yetirdi?

- Sıfır faiz. Hansısa oyunçu bilmədiyim səbəblərdən həyəcanlanırsa, o başa düşmür ki, rəqib azlıqdadı, sadəcə, öz ab-havasında qalır. Bu gün bizdə belə oldu.

- Yeni transferlər neçə tura hazır olar?

- 3-4 tur lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail