Tərlan Əhmədov: "İstədiyimiz futbolu görmədik"

02.02.2019 | 3626 dəfə oxunub

Azərbaycan Premyer Liqasında XV turun “Səbail” – “Keşlə” (0:3) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, 47 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib: - Belə oyun haqda danışmağa çox söz yoxdu. Üç elə səhv oldu ki, sadəcə, oyunu rəqibə hədiyyə etdik. Mənim özüm üçün də gözlənilməzdi. Slavik Alxasov və Nikola Mitroviçin olmaması özünü göstərdi. Çalışacağıq ki, oyunumuzu düzəldək. İstədiyimiz futbolu görmədik. Hazırlıq prosesindəki o komandadan əsər-əlamət yox idi. Futbolda belə şeylər baş verir. İlk oyunda olması daha yaxşıdı, nəinki son məqamda baş verib bizi daha pis vəziyyətdə qoyması. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq.

- Bu gün Kamran Ağayevə nə olmuşdu?

- Futbolda heç kim səhvlərdən sığortalanmayıb. İlk oyunda həyəcan olması normaldı.

- “Zirə”nin məğlubiyyətinin hər hansı təsiri ola bilərmi?

- Məğlub olduqlarını indi sizdən eşidirəm. Heç vaxt maraqlanmırıq. Bununla bağlı qadağan qoymuşam ki, futbolçulara deyilməsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail