"Belə başlamaq yaxşıdı" - Aftandil Hacıyev

02.02.2019 | 3517 dəfə oxunub

Azərbaycan Premyer Liqasında XV turun “Səbail” – “Keşlə” (0:3) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, 37 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib: - İlk növbədə Adil Nadirovun dünyasını dəyişməsi hamımızı kədərləndirir. Belə insanların olmaması böyük itkidi. Oyuna istəkli başladıq. Toplanışda çalışdığımız epizodları meydanda görmək istəyirdik. Futbolçular da əllərindən gələni etdilər. Çempionata belə başlamaq yaxşıdı. Amma daha çətin oyunlarımız qarşıdadı. Hər cür rəqibə qarşı belə istəkli oynasaq, uğurlu çıxışı davam etdirərik.

- Etiraf edək ki, həm oyun, həm nəticə baxımından belə üstün oyun gözlənilmirdi.

- Biz də gözləmirdik. “Keşlə” keçən il kubok qazanan komandadı. Baxmayaraq ki, bu mövsüm ilk iki oyunda qələbə qazanmışdıq, hazırda baş məşqçiləri fərqlidi. Tərlan Əhmədov kimi təcrübəli mütəxəssis rəhbərlik edir komandaya. Bəlkə də, fasilədən sonra ilk oyun olması baxımından belə alındı. “Keşlə”nin təcrübəli fubolçuları və yaxşı baş məşqçisi var.

- Tərlan Əhmədov qeyd etdi ki, qələbəni rəqibə hədiyyə etdik. Oyun planında komandadan razı qaldınız?

- Onun fikrinə şərh vermək istəmirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Düzdü, səhvlərimiz də oldu. Güclü komandalar bunu bağışlamazlar. Futbol baxımından sürətli hücumlar gördük. Hansı ki, bunu da istəyirdik. Müdafiədən sürətli keçidlər tələb edirdik. Futbolda səhvlər olur. Rəqibdən də çox şey asılıdı.

- Yevgeni Koçukun ehtiyatda olması rəqibə sürpriz idi?

- Koçuk toplanışa ağrılarla başladı. Hazırlığın sonuna 4-5 gün qalmış komandaya qoşuldu. Bu gün də ağrıları var idi. Meydançanın durumuna görə, risk etmək istəmədim.

- Heyətdəki bəzi oyunçular sabit görünmürdülər. Məsələn, Ruslan Qurbanov pik formada idi. Bunu sona qədər qorumaq mümkün olacaq?

- Bu gün meydanda emosiyalar çox idi. Bunun üzərində işləməliyik. Ruslan bizim təcrübəli oyunçumuzdu, milli üzvüdü. Ruslandan daha yaxşı oyun gözləyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail