Ayxan Abbasov: " Futbolçularıma yaxşı oyuna görə təşəkkür edirəm"

03.02.2019 | 4611 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sumqayıt" səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzub.

Stadium.az klubun saytına istinadən xəbər verir ki, matçdan sonra "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında fikirlərini bölüşüb: “Bilirdik ki, qış fasiləsindən sonra birinci oyun çətin olacaq. Bu üzdən oyuna yaxşı hazırlaşmışdıq. Fikrimcə, İlk hissə daha yaxşı təsir bağışladıq. Fasilədən sonra da oyuna yaxşı başlamağımıza baxmayaraq, hesabda geri düşdük. Oyunun gedişində matçın taleyini bir qol həll edəcəyini də hiss etməmək mümkün deyildi. “Qəbələ” səviyyəli oyunçulardan qurulmuş kollektivdi. Matç başa çatandan sonra futbolçularıma yaxşı oyuna görə təşəkkür etdim. Futbol kollektiv oyun olduğundan udan da, uduzan da komandadı. Kimisə mühakimə edib, günahı onun üzərinə atmaq düzgün olmaz. Növbəti matçlarda daha yaxşı oynayıb uğurlu nəticələr qazanmağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail