“Zirə”də 3 debüt: Azərbaycanda ilk, 23-cü ölkə

05.02.2019 | 5075 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XV turunun “Sabah”la qarşılaşması (0:2) “Zirə”nin üç futbolçusu üçün debütlə əlamətdar olub.

Stadium.Az xəbər verir ki, start heyətində yer alan Bəxtiyar Həsənalızadə, meydana ikinci yarının gedişində daxil olan Mfo Kqasvane və Xulio Sezar Rodriges “Qartallar”ın heyətində ilk oyunlarını keçiriblər.

Zirə İdman Kompleksinin stadionundakı görüşədək Premyer Liqada 63 futbolçu komandamızın formasını geyinmişdi. Bəxtiyar bu siyahıya 64-cü, Mfo 65-ci, Xulio isə 66-cı kimi düşüb.

Həsənalızadə yerli futbolçu statusu daşıyan 34-cü futbolçudur. Premyer Liqadakı legionerlər siyahısında Kqasvane 31-ci, Rodriges 32-ci olub. Sonuncu klub tarixində Sezar Meza Kollidən sonra 2-ci paraqvaylıdır. Mfo isə nəinki “Zirə”nin, ümumiyyətlə Azərbaycan Premyer Liqasının tarixinə ilk Botsvana təmsilçisi kimi düşüb. Klubumuza gəlincə, Botsvana futbolçusunun heyətimizdə oynadığı 23-cü ölkədir. Bunadək “Zirə”də Albaniya, Braziliya, Fransa, Gürcüstan, Haiti, Hollandiya, İspaniya, Kamerun, Makedoniya, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Monteneqro, Nigeriya, Paraqvay, Portuqaliya, Qana, Rumıniya, Salvador, Serbiya, Trinidad və Tobaqo, Ukraynadan oyunçu çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail