"Keşlə"də transfer biabırçılığı

05.02.2019 | 3955 dəfə oxunub

“Keşlə” qış fasiləsində heyətinə cəlb etdiyi Emin Mehtiyevi PFL-ə sifariş edə bilmir. Qaydalara əsasən, futbolçu bir mövsüm ərzində iki klubun şərəfini qoruya bilər. Emin əvvəlcə I Divizionda “Qaradağ Lökbatan”da, daha sonra Türkiyə BAL liqasında çıxış edib. Bu səbəbdən də o, "Keşlə"də oynaya bilməz. Peşəkar klubun belə biabırçı səhv etməsi yolverilməzdir.

Stadium.az xəbər verir  ki, Sportal.az-a açıqlama verən klubun meneceri Eldəniz Yusifov futbolçunu icarəyə verəcəklərini deyib. O, tezliklə klubun bu məsələ ilə bağlı bəyanat yayacağını da vurğulayıb. “Keşlə” Emini yalnız “Qaradağ Lökbatan”a və ya BAL liqası klubuna icarəyə verə bilər.

26 yaşlı cinah futbolçusu "Neftçi", "Sumqayıt", "Səbail", "Zaqatala", "Sabah" kimi klublarda çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail