"İndi kimsə ağıllı çıxıb və təzə nə isə kəşf edib?" - Fariz Nəcəfovdan sərt etiraz

07.02.2019 | 4843 dəfə oxunub

"Qəbələ" AFFA İntizam Komitəsinin kluba tətbiq etdiyi bayraq cəzasından apellyasiya verəcək.

Stadium.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov bildirib. Onun sözlərinə görə, Qəbələ şəhər stadionunda indiyədək keçirilmiş oyunlarda hakimin cavabdeh olduğu inventarla əlaqədar heç bir xəbərdarlıq belə edilməyib: "Biz bu stadionda eyni qaydada təchiz olunmuş otaq və avadanlıqlarla 10 ildir həm Premyer Liqa, həm də Avropa Liqasındakı oyunlarımızı keçirmişik. İndi kimsə ağıllı çıxıb və təzə nə isə kəşf edib? Qalan digər stadionların hamısında hər şey guya yüksək səviyyədədir, bircə bizim stadionda bayraq yox imiş..."

Fariz Nəcəfov İntizam Komitəsinin üzvlərini uşaq liqalarının keçirildiyi şəraitlə maraqlanmağa çağırıb: "İntizam Komitəsinin üzvlərini və bu məsələni müzakirəyə çıxaran şəxs yəqin unudub ki, oyunlar yaxın günlərədək hansı şəraitə malik stadionlarda təşkil olunur. Mən o kəsləri dəvət edirəm ki, uşaq liqalarının keçirildiyi şəraitə gəlib baxsınlar". Qeyd edək ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XV turunda "Sumqayıt"la oyun zamanı hakimlər otağında lazımi inventarın çatışmamasını əsas gətirərək, "Qəbələ"ni 1600 manat cərimələyib.

Fevralın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Əliyar Ağayev, yan xətt hakimləri Akif Əmirəli və Rza Məmmədov, dördüncü hakim Kamal Umudlu, hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi Şaiq Həmidov olub. Matç "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

Mənbə: sportnet.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail