Sənan Qurbanov: "Komandanın oyunundan razı qaldım"

09.02.2019 | 4116 dəfə oxunub

"Qəbələ” Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra mətbuat konfransında iştirak edən qonaq komandanın baş məşqçisi Sənan Qurbanov fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, 39 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: - Səfər oyununda qələbə qazandıq. Bundan sonra daha məsuliyyətli olmalıyıq. Oyuna görə futbolçularıma təşəkkür edirəm. Sürətli oyun getdi. Uşaqlara verdiyimiz tapşırığın öhdəsindən gəldilər. Bir qədər hay-küylü oyun oldu. Əsas odur ki, qələbə qazandıq.

- Kənardan elə görünür ki, komandada oyun intizamı yoxdur.

- Elə deməzdim. Məşqlərdə etdiyimizi analiz edirik. Sadəcə, daha çox qələbə qazanmaq hissi bəzən səs-küyə gətirib çıxarır. Komandanın oyunundan razıyam.

- Bu gün çox aqressiv idiniz. Bunun səbəbi nə idi?

- İlk saniyədən sakitləşməyə çalışdım. Bizim üçün hər bir oyun vacibdir. Ona görə də bir qədər aqressiv oluruq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail