Aftandil Hacıyev: "İki top buraxmağımız..."

11.02.2019 | 5192 dəfə oxunub

"Azarkeşlər maraqlı bir qarşılaşma izlədi. Ən yaxşı oyunlarımızdan birini keçirdik".  Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqanın 16-cı turunda "Zirə"yə uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.

Gənc çalışdırıcı komandada çatışmazlıqlar olduğunu qeyd edib: "İki top buraxmağımız səhvlərimizin olmasından xəbər verir. Bunları təhlil edəcəyik. Qarşıda bizi maraqlı mübarizə gözləyir. Bəzən yaxşı oyunla da uduzmaq olur. Bəzən də oyun planında istədiklərini edə bilməyib, qalib gəlirsən. Konsentrasiya üzərində dayanmalıyıq. Görünür, hardasa boşluğa yol vermişik. "Səbail" yeni klubdur. Keyfiyyətli oyun göstərmək və qələbə qazanmaq üçün zamana ehtiyacımız var".

A.Hacıyev görüşün sonuna yaxın müdafiəçi Elvin Yunuszadənin  qırmızı vərəqə almasında da münasibət bildirib: "Elvinin ikinci sarı vərəqə alması yaxşı olmadı. Təzyiqi artırmışdıq, diqqətli olmalıydı. Onu klubdaxili cəza gözləmir. Adi oyun epizodu idi. Sadəcə, həmin mövqedə futbolçumuz olmadığından, təəssüflənirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail