Fatih Kavlak: "Həm psixoloji, həm də fiziki durum yüksək səviyyədədir"

25.01.2012 | 5565 dəfə oxunub

Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununda Ukraynanın “Krivbass” klubu ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, matç öncəsi komandanın baş məşqçisi Fatih Kavlak klubun rəsmi saytına açıqlamasın fikirlərini bölüşüb.

 - İkinci hazırlıq matçına çıxacağıq. İlk hazırlıq matçından sonra oyunda buraxdığımız səhvlər barədə futbolçularla danışmaq, müzakirə etmək imkanımız oldu. Bu matçda da hazırlıq dönəmində nə etdiyimizi, arxada qoyduğumuz dövrü necə dəyərləndirdiyimizi görəcəyik. İnanıram kı, yaxşı oyun olacaq. Çünki komandada həm psixoloji, həm də fiziki durum yüksək səviyyədədi. Qarşıda daha üç oyunumuz var. Bu dövrü maksimum dəyərləndirib çempionatdakı vacib matçalara ən yaxşı şəkildə hazırlaşmağı hədəfləyirik.
 
- “Atırau” ilə oyunda hər hissədə fərqli 11-lik gördük. Heyətlər sanki biraz qarışıq idi. “Krivbass”la oyunda “Qəbələ”nin əsas 11-liyini meydanda görə biləcəyikmi?
- Hazırda “Qəbələ”nin düşərgəsində 27 futbolçu var. Əgər güclü bir komanda olmaq istəyiriksə, bütün oyunçular eyni hazırlıq səviyyəsində olmalıdırlar. İlk oyunda da iki eyni gücə malik komanda yaratmağa çalışdıq. “Krivbass”la matçda da eyni təcrübədən yararlanacağıq. Bu minvalla da futbolçuların nümayiş etdirdikləri oyuna əsasən ilk 11-liyimiz formalaşacaq. İstədiyim odur ki, bu yolla hər bir futbolçu ilk 11-də mübarizə aparacaq səviyyəyə çatsın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail