"Futbolçunun bizim texniki zonaya tərəf tüpürməsi etik deyildi" - Aftandil Hacıyev
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyunun ağır olacağını bilirdik. Düşündüyümüzdən də çətin oldu. İkinci hissədə bu qədər müdafiə olunacağımızı gözləmirdim. Çünki 2:0 önə keçməyimiz də gözlənilməz idi. Ümumi planımızda var idi ki, rəqibi əks-hücumdan yaxalayaq. Standart vəziyyətlərdən də yararlanmaq istəyirdik. "Neftçi" üzərində qələbə 6 xala bərabərdir. Bəlkə də, çempionatda ən vacib qələbəni qazandıq".
- Bordinlə mübahisənizə aydınlıq gətirərdiniz...
- Onun etirazı o oldu ki, mən onun oyunçusuna söz deyirdim. Amma mən də öz oyunçumuzu müdafiə edirdim. Futbolçunun bizim texniki zona tərəfə tüpürməsi etik deyildi. Anlaşılmazlıq idi. Zaman keçdikcə, səhvini başa düşə bilər. İnanmıram ki, Bordinə tərəf hansısa oyunçumuz tüpürsə, o, sakit dayanar.
- Belə üstünlük gözləyirdiniz?
- Üstünlüyün biz tərəfdə olduğunu deməzdim. "Neftçi" favorit idi. Sadəcə, çox istəkli idik. Bəzi komponentlərdə onları yaxalamaq istəyirdik. "Neftçi" güclü olsa da, bəzi zəif nöqtələrindən yararlanmaq istəyirdik. Bu o demək deyil ki, onlardan güclüyük. Çempionluğa oynayırlar. Bizim məqsədimiz 3-cü pillədəki mövqeyimizi qorumaqdır.
- Fərqli qələbədir, fərqli mükafat olacaqmı?
- Çempionluğa oynayan komandadan 3 xal almaq digərləri üzərində qələbədən fərqlənir. Yəqin ki, rəhbərlik bunu nəzərə alar.
- Gələn mövsüm çempionluğa oynayacağınızı gözləmək olarmı?
- Çətin məsələdir. Çünki "Səbail" köklü klub deyil. Müəyyən vaxta ehtiyac var. "Neftçi" və "Qarabağ"la mübarizə aparmaq üçün heyətdə köklü dəyişiklik olmalıdır. Qərarlaşdığımız pillədə möhkəmlənmək istəyirik. Bu gün bizdən aşağıda qərarlaşan komandalarla mübarizə aparırıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |