Ayxan Abbasov: "AFFA ilə əlaqəm yoxdur"

24.02.2019 | 5116 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sumqayıt" evdə "Zirə"yə 1:2 hesabı ilə uduzub. Stadium.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.

37 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib: "Üzgünük. Azarkeşlərimizdən üzr istəyirik. İki fərqli hissə izlədik. Bir sıra futbolçularda həyəcan var idi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Ancaq qalib gəlmək istəyirsənsə, qol vurmalısan. Ancaq bu duruma düşən özümüzük. Futbolçulara da bildirdim ki, daha çox çalışmalıyıq ki, bu durumdan çıxaq. Qışdan sonra bütün rəqiblər gücləndi. Bizim üçün çox çətindir. Seçim imkanımız azdır".

Ayxan Abbasov "Sumqayıt"a özünə güvənərək gəldiyini sözlərinə əlavə edib: "İnanmasam, kluba gəlməzdim. Məşqçiliyə hələ təzə başlamışam. Elə böyük bir imicim də yoxdur. Alınmasa, etiraf etməyə utanmayacam. Təslim olsam, komanda çətin duruma düşər. Biz də vuruşacağıq. İnanıram, amma çox çətin olacaq. Klub sponsoru "Azərkimya"dır, prezidenti isə Riad Rəfiyev. Bura gələndə onlarla görüşüb, baş məşqçi təyin olunmuşam. AFFA ilə əlaqəm yoxdur. Mən "Sumqayıt"a gəlmişəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail