Sənan Qurbanov: "Zirə" yetərincə yaxşı komandadı"

03.03.2019 | 4963 dəfə oxunub

Bundan əvvəl evdə xal itirmişdik. Daha doğrusu qələbə qazanmışdıq, təmiz qolumuz qeydə alınmamışdı. Gənc hakimlərə bir az diqqətli olmağı tövsiyə edirəm. Futbolçuların əziyyətini yerə vurmaq olmaz. Balaca səhv bizi ev oyununda üç xaldan məhrum etdi". 

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 19-cu turunda bu gün "Zirə" ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis son dəqiqələrdə qol buraxdıqları oyunu şərh edərkən bəzi əsas futbolçuların meydanda olmamasının səbəbini də açıqlayıb. "Çətin Zirə səfərində qələbə qazanmaq istəyirdik. Futbolçular mübarizə apardılar. Bəzən çox müdafiə olunursan. Rəqib öz oyunu ilə buna məcbur edir. Bu gün də belə görüşlərdən idi. Mübarizəli oyun oldu. Sonda buraxdığımız qol xal itkisi ilə nəticələndi. Gənc futbolçulara həm müdafiə, həm hücumda güvənirik. Müəyyən vaxt keçdikcə onlardan da həmin keyfiyyəti istəyəcəyik. Rauf Əliyevin meydana çıxmaması taktiki gedişlərlə bağlı idi. Davit Volkovi kiçik zədə səbəbindən iki məşqi buraxdığından əsas heyətdə deyildi. Vojislav Stankoviç iki gün öncə məşqdə xəsarət alıb. O, hələ həkim nəzarətində olmalıdır. “Zirə” yetərincə yaxşı komandadır. Oyun üslublarında da inkişaf görünür. Qarşıda oyunlarımız çoxdur. İtirilən xalları kompensasiya etməyə vaxtımız olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail