Qurban Qurbanov: "Vacib 3 xal qazandıq"

03.03.2019 | 5290 dəfə oxunub

Azərbaycan Premyer Liqasında XIX turun “Keşlə” – “Qarabağ” oyunundan (0:1) sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

Stadium.az xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə görüşü belə şərh edib: "Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm”. Təcrübəli çalışdırıcı Rəşad Sadıqov, Reynaldo Silva və Ansi Aqollinin meydana çıxmamasına aydınlıq gətirib: “Rəşadın mikrozədəsi olduğu üçün risk edib, oynatmadıq. Reynaldonu meydançanın süni ot örtüyü olmasına görə ehtiyat elədik. Aqolli isə sırf seçim məsələsidi”. Qurban Qurbanov Araz Abdullayevin yenidən əsas heyətə qaytarmalarına da toxunub: “Bəzən belə hallar olur. Futbolçu kiçik bir müddətlik oyun formasını itirir. Bunu tez bir zamanda aradan qaldırdığını düşünürəm. Ona görə də bu gün əsas heyətə qaytardım”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail