Premyer Liqa klublarından ancaq "Neftçi" cərimələndi

05.03.2019 | 5269 dəfə oxunub

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 

Azərbaycan Premyer Liqasının XIX turunun “Neftçi” – “Sabah” matçında  “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 84-cü dəqiqəsində “Neftçi” klubunun 21 №-li futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

I Divizionun XVII turunun “Qarabağ-2” – “Sumqayıt-2” matçında “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).      

I Divizionun XVII turunun “Ağsu” – “Səbail-2” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

Oyunun 36-cı dəqiqəsində “Ağsu” klubunun 3 №-li futbolçusu Fərrux Rəhimov  hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır klub 320 manat cərimə olunur (maddə 42.3).

Oyunun 38-ci dəqiqəsində “Ağsu” klubunun 6 №-li futbolçusu Sahib Cümşüdov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur  (maddə 38.1)
“Səbail-2” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunur (maddə 55).

“Ağsu” klubu matçın təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 400 manat cərimə olunur (maddə 50.1).

I Divizionun XVII turunun “Qaradağ Lökbatan” – “Kəpəz” matçında “Qaradağ Lökbatan” klubunun səhlənkarlığı ucbatından ikinci hissə  3 dəqiqə gec başladığına görə klub 240 manat cərimə olunur (maddə 53.3).

I Divizionun XVII turunun “MOİK” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

I Divizionun XVII turunun “Keşlə-2” – “Sabah-2” matçının 85-ci dəqiqəsində “Sabah-2” klubunun 69 №-li futbolçusu Zeynalov Tahir kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).        

Oyunun 90+6-cı dəqiqəsində “Keşlə-2” klubunun 44 №-li futbolçusu Vüqar Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur  (maddə 38.1).

I Divizionun XVII turunun “Zaqatala” – “Turan Tovuz” matçında “Turan Tovuz” və “Zaqatala” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).

Oyunun 90+5-ci dəqiqəsində “Turan Tovuz” klubunun 13 №-li futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XV turunun təxirə salınmış oyunu olan “Qarabağ-2” – “Zirə-2” matçının 78-ci dəqiqəsində “Qarabağ-2” klubunun 33 №-li futbolçusu Hüseyn Novruzov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail