"Könüllülük Proqramı"nın təqdimatı

26.01.2012 | 4264 dəfə oxunub

AAA - ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin ofisində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində “Könüllülük” Proqramının təqdimatı keçirilib. Stadium.az xəbər verir ki, tədbir iştirakçıları 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına hazırlıq, könüllülük proqramı və iş imkanları haqda geniş məlumat əldə ediblər.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin koordinatoru Nərgiz Məmmədova və Yerli Təşkilat Komitəsinin Könüllülük üzrə direktoru Vüqar Rüstəmli bildiriblər ki, planlara əsasən, çempionata yerli və xarici olmaqla 1000-ə yaxın könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülər yalnız oyun günləri dəstək üçün yox, həmçinin stadionda və onun ətrafında hərarətli bir dostluq mühiti yaratmaq üçün Yerli Təşkilat Komitəsinə köməklik göstərəcəklər. Könüllülər komandası yaş, din, cins və milli mənsubiyyətə fərq qoymadan formalaşdırılacaqdır. Beynəlxalq könüllülər komandasında üzv olmaq üçün 18 yaşın tamam olması, Azərbaycan və ingilis dillərini bilmək kifayətdir.

Qeyd olunub ki, hər bir könüllü bir neçə üstünlüklərə sahib olacaq: könüllülər üçün xüsusi hazırlanmış uniforma; xidmət günlərində qida və içkilər; FIFA və Yerli Təşkilat Komitəsi tərəfindən təşkil ediləcək peşəkar təlimlər; xidmət günlərində ictimai nəqliyyatdan ödənişsiz istifadə; FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin beynəlxalq  könüllülük sertifikatı; könüllülər üçün təşkil edilmiş müxtəlif tədbirlərdə iştirak; könüllü komandası ilə birlikdə ölkədaxili səfərlər və könüllülər üçün xüsusi hazırlanmış digər əyləncəli tədbirlər.

Məlumat üçün onu da qeyd edək ki, çempionatda könüllü kimi iştirak edəcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün ali təhsil müəssisələrində, QHT-lərdə, səfirliklərdə, şirkətlərdə və bu kimi digər qurumlarda yanvar ayından başlayaraq mütəmadi təqdimatlar keçirilməkdədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail