AFFA cəza və cərimələri açıqlayıb

12.03.2019 | 4896 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XX turunda baş verən qayda pozuntuları ilə  bağlı qərarlar qəbul olunub.

“Qəbələ” – “Səbail” matçında  “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 73-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. “Neftçi”nin 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunb.

Oyunun 78-ci dəqiqəsində “Sumqayıt” klubunun qapıçısı Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Oyunun 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail