Nikola Yurçeviç millinin heyətini açıqladı

14.03.2019 | 5378 dəfə oxunub

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Stadium.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç yığmaya 23 futbolçu dəvət edib. 

Maraqlıdır ki, kapitan Kamran Ağayevi, eləcə də Pavel Paşayevi milliyə çağırmayan xorvatiyalı mütəxəssis uzun müddətdir yığmadan kənarda qalan Eddi İsrafilova dəvət göndərib.

Bundan başqa, Ömər Buludov, Aleksey İsayev və Əli Babayev ilk dəfə yığmaya çağırılıblar. "Qəbələ" klubundan bir futbolçunun belə milliyə dəvət edilməməsi də diqqət çəkir. 

Millinin heyəti

Qapıçılar:
 Səlahət Ağayev (Neftçi), Emil Balayev (Tobol, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (Qarabağ)

Müdafiəçilər: Maksim Medvedev (Qarabağ), Ömər Buludov (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Rahil Məmmədov (Qarabağ), Anton Krivotsyuk (Neftçi), Təmkin Xəlilzadə (Sabah), Şəhriyar Rəhimov (Səbail)

Yarımmüdafiəçilər: Qara Qarayev (Qarabağ), Riçard Almeyda (Qarabağ), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov (Neftçi), Əli Babayev (Sumqayıt), Aleksey İsayev (Sumqayıt), Dmitri Nazarov ("Erzgebirge", Almaniya), Mahir Mədətov (Qarabağ), Namiq Ələsgərov (Neftçi), Araz Abdullayev (Qarabağ)

Hücumçular: Ramil Şeydayev (Krılya Sovetov, Rusiya), Rüfət Dadaşov (Proysen, Almaniya), Mirabdulla Abbasov (Neftçi)

Millimiz martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail