"Neftçi" - "Qəbələ": 48-ci duel

15.03.2019 | 5276 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 3-cü dövrənin son oyunları bu həftə keçiriləcək. Stadium.Az xəbər verir ki, 21-ci turda “Qəbələ” “Neftçi” ilə görüşəcək.

Martın 21-dəki qarşılaşma paytaxt təmsilçisinin meydanında keçiriləcək. Bu, iki komanda arasında 48-ci duel olacaq. İndiyədək baş tutan 47 matçda 17 qələbə qazanan “qırmızı-qaralar” 11 heç-heçə edib və 19 dəfə uduzub. Bu görüşlərdə “Qəbələ” daha çox – 62 qol vurubsa, öz qapısından 60 qol buraxıb.

24-cü dəfə “Neftçi”nin qonağı olacaq “qırmızı-qaralar” rəqib meydanında 8 qələbə qazanıb, 5 heç-heçə edib və 10 dəfə uduzub. Səfərdə 30 qolu olan "Qəbələ" 31 top buraxıb.

Rəqiblərin 47 görüşündən 42-si Premyer Liqa çərçivəsində olub. 16 dəfə meydandan üç xalla ayrılan “Qəbələ” 8 dəfə sülhlə kifayətlənib və 18 dəfə məğlubiyyətlə üzləşib. Top fərqi isə komandamızın xeyrinədir – 55:54.

Mənbə: gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail