Samir Abasov: "Bu, ona pis təsir edə bilərdi"

15.03.2019 | 4505 dəfə oxunub

Oyunun əvvəlindən həyəcan var idi. Sona qədər də necə nəticələnəcəyini bilmirdik".

Stadium.az xəbər verir ki , bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra bildirib: "Çox həyəcanlı idik. Çətin rəqiblə qarşılaşdıq. "Keşlə" ilə bəzi oyunlarımız alınmır. Millilərin oyunlarına görə, yaranan fasiləyə yaxşı əhval-ruhiyyədə çıxırıq. Uduzmadıq, uğurlu seriyanı davam etdirdik. Deyə bilmərəm ki, fasilənin bizə xeyri olacaq. İnanırıq ki, bu fasilədən yaxşı yararlanacağıq". Baş məşqçi ikinci hissədə Xulio Sezar Rodrigesin ardıcıl iki penalti zərbəsini qaçırmasına da münasibət bildirib. O, bunu psixoloji gərginliklə əlaqələndirib: "İlk zərbəni qaçırdıqdan sonra penaltini başqa oyunçuya vermək Sezara "zərbə" olardı. Kənardan qışqırsan ki, sən vurma, başqa oyunçu yerinə yetirsin, bu, ona pis təsir edə bilərdi. Əcnəbidir, dilini də başa düşmürsən. Həmin an mübahisəyə səbəb ola bilərdi. Penaltini qola çevirmədiyinə görə yox, ümumilikdə oyun məni həyəcanlandırdı. Bizdə çox şey alınmırdı. Bəzi futbolçularımız həddən artıq ağır görünürdü. Buna görə məyus idim. Şükür ki, oyundan qalibiyyətlə ayrıldıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail