"Qarabağ" III dövrənin ən yaxşısıdır

16.03.2019 | 5049 dəfə oxunub

Azərbaycan Premyer Liqasında ötən gün III dövrəyə yekun vuruldu. Stadium.Az xəbər verir ki, keçirilən 7 turdan sonra dövrənin ən yaxşısı "Qarabağ" oldu.

Ağdam klubu 7 tura 15 xal toplayıb. "Atlılar" 4 qələbə qazanıb, 3 heç-heçə edib. "Neftçi", "Zirə" və "Qəbələ" isə III dövrədə 12 xal toplayıb. "Neftçi" 3 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə uduzub. "Ağ-qaralar"ın bu dövrədə xal itkiləri "Qarabağ"ın liderliyə şərik olmasına şərait yaratdı.

Qış fasiləsində güclənən "Zirə" uğurlu qrafik cızdı. III dövrədə "qartallar" turnir cədvəlinin "zirzəmi"sindən xilas oldu. Samir Abasovun komandası 3 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub. Qazanılan 12 xalla "Zirə" 5-ci pillədəki "Sabah"a şərik ola bildi.

"Qəbələ" də III dövrədə 12 xal toplayıb. Sənan Qurbanov kollektivinin aktivində 3 qələbə, 3 heç-heçə və 1 yenilgi var. "Qırmızı-qaralar" 3-cü pillədəki "Səbail"dən 2 xal geri qalır, "Sabah"la "Zirə"ni 7 xal qabaqlayır.

3-cü pillənin sahibi "Səbail" dövrə ərzində mövqeyini qorumağı bacardı. Paytaxt klubu 3 dəfə qalib gəlib və eyni sayda məğlubiyyət yaşayıb. "Dənizçilər" 1 oyunda heç-heçə edib.

"Keşlə" III dövrədə 7, "Sabah" 5, "Sumqayıt" isə 2 xal topladı. Sonuncu dövrəni qələbəsi başa vurdu. Ayxan Abbasovun komandası 2 heç-heçə edib.

Mövsümün ilk yarısını uğurlu keçirən "Sabah" isə 1 qələbə qazandı, 2 heç-heçə etdi və 4 oyunda məğlub oldu.

"Keşlə" isə III dövrədə 2 qələbə qazanıb, 1 heç-heçə edib və 4 oyunda məğlub olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail