Ramil Şeydayev: "Xorvatiyaya qol vurmağa çalışacağam"

20.03.2019 | 5493 dəfə oxunub

“Oyuna hazırlıq normal gedir. Yeni baş məşqçimiz Nikola Yurçeviçlə birgə işlədik, danışdıq. Matça qədər daha iki günümüz var”.

Bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiya ilə səfər görüşü ərəfəsində deyib.

23 yaşlı hücumçu Zaqrebdə yaxşı oynamağa çalışacaqlarını bildirib: “Həm fiziki, həm də taktiki baxımdan oyuna hazır olacağımızı düşünürəm. Yaxşı oynamağa çalışacağıq. Hələlik yeni baş məşqçi ilə yoldaşlıq matçımız belə olmayıb. Necə alınacağına baxacağıq. Əvvəl oynamaq, sonra danışmaq lazımdır”.

“Krılya Sovetov” klubunun formasını geyinən forvard Rusiya Premyer Liqasının son turlarında 3 qol vurmaqla diqqət mərkəzinə düşüb. O, bunu oyun praktikasının artması ilə əlaqələndirib: “Öz oyunumu oynayıram, hər şey alınır və qol vururam. Bəlkə, növbəti görüşdə alınmayacaq. İşləmək, çalışmaq lazımdır. Əvvələr oyun praktikam çatışmırdı. Son 2 qarşılaşmada əsas heyətdə yer almamağım baş məşqçinin qərarıdır. Ona hörmət edir və normal yanaşıram”.

Yığmada ilk və hələlik yeganə qolunu 2017-ci il oktyabrın 8-də DÇ-2018-in seçmə mərhələsində Almaniyaya vuran Şeydayev mundialın sonuncu finalçısı ilə dueldə də fərqlənmək istəyir: “Xorvatiyaya qol vurmağa çalışacağam. Əsas olan baxımlı yox, sadəcə, qol vurmaqdır. Baxımlı olmasa da olar”.

Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail