FİFA millimizi reytinqdən çıxardıb

30.03.2019 | 4854 dəfə oxunub

FİFA qadın futbolçulardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb. Stadium.Az xəbər verir ki, cədvəldə dünyanın 155 yığması yer alıb.

Komandaların ümumi sayında yeni rekord qeydə alınsa da, Azərbaycan millisi bu siyahıya daxil edilməyib. Adətən üç aydan bir açıqlanan reytinqin 2018-ci ilin dekabrındakı cədvəlində 1360 xalla 69-cu olan Azərbaycan millisi mövqeyini tamamilə itirib.

FİFA son dövrlərdə az sayda oyun keçirən yığmamızı uzun müddət fəal olmadığı üçün siyahıdan kənarlaşdırıb. Komandamız kimi Mavriki də uzun müddət fəal olmadığı üçün eyni aqibətlə üzləşib.

FİFA-nın reytinq cədvəlinə ABŞ millisi başçılıq edir – 2101 xal. Almaniya 2072 xalla ikinci, 2049 xala malik İngiltərə üçüncü pillədə qərarlaşıb.

Növbəti reytinq siyahısı iyulun 12-də açıqlanacaq. ONA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail