Aqolli: "Xahiş edirəm, detallar barədə soruşmayın"

03.04.2019 | 5083 dəfə oxunub

“9 il oynadığım “Qarabağ”dan, ikinci evimdən ayrılmaq asan olmadı”. Stadium.Az xəbər verir ki, bu sözləri bir neçə gün öncə “Qarabağ”dan ayrılaraq ABŞ-ın “Kosmos” klubuna keçən Ansi Aqolli Albaniya mətbuatına müsahibəsində deyib.

Nyu-York təmsilçisinə keçidini şərh edən 36 yaşlı müdafiəçi bu komandanı seçməsinin səbəbini açıqlayıb:

“Ailəm bir neçə ildir ABŞ-da, Nyu-Yorkda yaşayır. Odur ki, bu variant onların yanında olmaq və sevdiyim işi davam etdirmək üçün yaxşı imkan yaratdı. Bundan başqa, “Kosmos” klubunun vitse-prezidenti Co Baronun əzmi və komanda ilə bağlı gələcək planları da mənim bura gəlməyimə təsir etdi. Bu, gələcəkdə mənə xidmət edəcək futbol dünyasına girməyim üçün yaxşı fürsət oldu”.

Aqolli “Kosmos” klubu ilə bağladığı müqavilənin müddəti ilə bağlı məlumat versə də, digər detalları gizlədib: “Müqaviləm 1 illikdir. Ümumilikdə, sözləşmə şərtlərindən razıyam. Məni bu təklifi düşünməyə və qəbul etməyə vadar edən bir çox səbəb var idi. Amma xahiş edirəm, detallar barədə soruşmayın. Menecerim bu yöndə böyük işlər gördü, ona təşəkkür etməliyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail