"Qarabağ"da oynamaq istəmədim"

03.04.2019 | 4773 dəfə oxunub

"Qarabağ"ın sabiq hücumçusu Yaroslav Deda Ukrayna mətbuatına müsahibə verib. Stadium.Az xəbər verir ki, Ağdam klubunun martda "Karpati"yə satdığı 19 yaşlı futbolçu Azərbaycandakı karyerasından da danışıb.

Müsahibəni kiçik ixtisarla təqdim edirik.

- Azərbaycan tamam fərqli mədəniyyətə və mentalitetə malik ölkədir. Oradakı həyatın, insanların münasibəti ilə bağlı nə deyə bilərsən?

- Azərbaycanda paytaxt Bakıda yaşayırdım. Çox gözəl və maraqlı şəhərdir, insanları çox mehribandırlar. Vaxtımın çox hissəsini komanda ilə birlikdə keçirirdim, filmlərə gedirdik. Demək olar ki, bütün komanda yoldaşlarım rus dilində danışmağı bacarırdı, bəziləri bilmirdi.

- Şərq mətbəxi necədir?

- Əvvəlcə orada  yerli mətbəxə alışmaq çox çətin idi, amma sonradan alışdım.

- Sizə Azərbaycan vətəndaşlığı təklif etmişdilər?

- Bəli. 2017-ci ilin qışında ölkəmə getməzdən əvvəl belə bir təklif almışdım. Əvvəl bunu düşündüm. Valideynlərimlə məsləhətləşmək üçün vaxt istədim. Düzünü desəm, valideynlərim buna qarşı çıxdılar, mən də vətəndaşlığımı dəyişmək istəmədim. Mən ukraynalıyam. Bu ölkənin yığma komandasında çıxış etmək istəyirəm. Artıq fərqli yaş qrupları üçün oynamışam. Milli komandada oynamaq üçün əlimdən gələni edəcəm.

- Səni orda gənclər, yoxsa əsas millidə oynatmaq istəyirdilər?

- Gənclər millisində.

- Gənclər arasında Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsən?

- Çox zəifdir. Səviyyə hətta Ukrayna gənclər liqasından da aşağıdır.

- Orada neçə oyun keçirdin?

- “Qarabağ”ın U-21-də 4 oyuna çıxdım. Çox vaxt çempionluq üçün mübarizə aparan U-19 komandası ilə oynayırdım. 15 oyunda 23-24 qol vurmuşdum. Bəzən bir oyunda 2-3 dəfə fərqlənirdim. Hücumun mərkəzində, cinahlarda, harda tapşırsalar, orda oynayırdım.

- Niyə “Qarabağ”dan ayrıldın?

- Orda oynamaq istəmədim, rəhbərlikdən xahiş elədim ki, müqaviləmi ləğv etsinlər. Onlar da bunu mövsümün sonunda edə biləcəklərini dedilər. 2018-ci ilin mayında vətənə qayıtdım.

- Qarşılıqlı razılıqla müqavilənizə xitam verildi?

- Xeyr, onunla bağlı razılığa gələ bilmədik, “Karpati” məni aldı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail