Millimizin üzvü: "Beşiktaş" və "Fənərbaxça" klublarından təklif almışdım"

03.04.2019 | 4821 dəfə oxunub

Türkiyənin I Liqasında çıxış edən "Giresunspor"un formasını geyinən Ozan Can Kökçü Azərbaycan millisini seçməsinin səbəbini açıqlayıb.

Stadium.Az xəbər verir ki, “Radyospor”un qonağı olan 21 yaşlı yarımmüdafiəçi Türkiyə Futbol Federasiyası ilə problem yaşadığı dövrdə AFFA-dan gələn təklifi müsbət dəyərləndirdiyini bildirib.

“İki ildir ki, Türkiyədəyəm. Mən və qardaşım türk dilini yaxşı bilirik. Evimizdə türkçə danışırıq. Azərbaycan milli komandasında işlər gözəl gedir" deyən Kökcü "O vaxt Türkiyə Futbol Federasiyası ilə sıxıntılarımız olduğu dövrdə Azərbaycandan təklif gəldi. Mən də o təklifə isti baxdım. Onsuz da Azərbaycanla Türkiyə qardaşdır. Mənim üçün yaxşı oldu” söyləyib.

Yığma üzvü qardaşı Orkun Kökçünün Türkiyə "Beşiktaş"ından təklif alması yönündə çıxan xəbərləri təkzib edib. O, hazırda Hollandiya təmsilçisi "Feyenoord"un U-19 komandasında çıxış edən yarımmüdafiəçinin klubunu dəyişmək fikrində olmadığını vurğulayıb:

“Orkun ötən həftə Feyenoord-la anlaşdı. Onun hazırda Türkiyəyə gəlməsinin bir anlamı yoxdur. Qardaşım "Feyenoord"la müqaviləsini 2023-cü ilə qədər uzatdı və Hollandiyada çox xoşbəxtdir”.

Ozan Can Kökçü Türkiyə Bursaspor-u ilə müqavilə bağlamazdan öncə bu ölkənin "Beşiktaş" və "Fənərbaxça" klublarından təklif aldığını deyib: “Həmin vaxt Beşiktaş və Fenerbahçe mənimlə maraqlandı. Fenerbahçe-nın skautları oyunumu izləməyə gəldilər. Menecer Muzi Özcan Fendan təklif olduğunu söyləmiş, Bursaspor-a müqavilə bağlayarkən 19 dəfə zəng vurmuşdu”.

Ozan Can Kökçü indiyə qədər Azərbaycanın U-21 komandasının formasını geyinib. O, hələlik əsas milliyə dəvət almayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail