Sənan Qurbanov: "İndi bunun acısını çəkirik"

08.04.2019 | 5660 dəfə oxunub

“Oyuna hazırlaşmaqla bağlı iradım yoxdur. Futbolçular oyuna yaxşı hazırlaşmışdılar. Rəqibin təhlükəli olduğu mövqeləri məsuliyyətlə, diqqətlə izləyirdilər".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 23-cü turunda evdə "Qarabağ"a uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

Məğlubiyyəti şərh edən çalışdırıcı nəticədən razı qalmasa da, futbolçularının oyunundan razılığını bildirib:

"Matçın əvvəlindəki kiçik konsentrasiya itkisi qolla nəticələndi. Sonradan qol vurduq. Futbolçular taktiki olaraq funksiyaları yerinə yetirdilər. Oyunun sonlarında buraxdığımız qol məğlubiyyətə səbəb oldu. Bu üzdən üzgünük. Stiven Monroz və Ceyms Adeniyi həm fərdi, həm komanda şəklində müsbət keyfiyyətlərə malikdirlər. Çalışırdılar ki, verilən tapşırıqları yerinə yetirsinlər. Bəzi epizodlar qane etdi. Əlbəttə, daha yaxşı oynaya bilərlər. Amma sonda məğlub olduqsa, deməli təkcə onlar deyil, hamımız haradasa səhv eləmişik. Mən öz işimi maksimum yerinə yetirirəm. Çempionatın əvvəlində bəxt səbəbindən çox xallar itirdik. İndi bunun acısını çəkirik. Nəticədən isə narazıyam. Hər oyuna fərqli tapşırıqlarımız var. “Sabah”la görüşü saymasaq, komandadan narazılığım yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail