Qurban Qurbanov: "İkinci qolu hansı komanda vursa, o da qalib gələcəkdi"

08.04.2019 | 5009 dəfə oxunub

"Həddən artıq çətin oyun oldu. "Qəbələ" ilə bundan əvvəlki matçda da 2:1 hesablı qələbə qazanmışdıq". Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turunda səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport" telekanalına açıqlamasında deyib.

Qarşılaşma ilə bağlı fikirlərini bölüşən təcrübəli mütəxəssis "Qəbələ"nin məğlubiyyətə layiq olmadığını söyləyib:

"Rəqib bu gün də çox aqressiv oyun göstərdi. Bəlkə də məğlubiyyətə layiq deyildilər. Buna baxmayaraq, istədiyimiz nəticəni əldə edə bildik. Hava bir qədər isti idi. Buna görə də temp o qədər də yüksək olmadı. Sanki ikinci qolu hansı komanda vursa, o da qalib gələcəkdi. Şükürlər olsun ki, bunu bacardıq".

Təcrübəli mütəxəssis əvəzetmədən meydana buraxdığı Araz Abdullayevin son dəqiqələrdə vurduğu qoldan da danışıb: "Desəm ki, Arazın meydana çıxması ilə çox bir şey dəyişdi, o qədər də düzgün olmaz. Sona az vaxt qalmışdı. Araza həmin mövqeyə açılmaq tapşırığı vermişdim. Uğurlu alındı. Diqqətli davrandı və şansdan istifadə edə bildi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail