Aftandil Hacıyev: "Maykl bizə lazımlı futbolçudur, çox köməyi dəyəcək"

08.04.2019 | 6636 dəfə oxunub

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 23-cü turunda "Sabah"a uduzduqları oyundan (1:3) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Sabah” qələbəyə layiq idi. Futbolçularım lazım olan mübarizəni aparmadılar. Bizi vaxtından əvvəl Avropa Liqasına göndərənlər var. Məsuliyyətli olmalıyıq. Ümid edirəm ki, bu məğlubiyyətin xeyri dəyər. Bu oyun bizim üçün dərs oldu. Daha məsuliyyətli olmağa çalışacağıq.

- Ruslan Qurbanovla Maudo Jarjue niyə oynamadı? 

- Ruslan Qurbanov özünü piss hiss edirdi. Jarjue isə məşqdə nizam-intizamı pozduğuna görə əvəzedici heyətə göndərilib. Ancaq bu gün peşman olduğunu dedi. Onun məsələsinə sabah baxacağıq.

- Maykl Esyen niyə əsas heyətə düşməkdə çətinlik çəkir?

- Esyen uzun müddətdi futbolsuz qalıb. Yavaş-yavaş formasını bərpa etməyə çalışır. Nə vaxt hazır olsa, o zaman start heyətində meydana buraxacağıq.

- Esyen oyunboyu çox göstərişlər verir. Bundan sonra oyunları onun üzərində quracaqsınız?

- Yox, onun üzərində oyun qurmağı düşünmürük. Ancaq təcrübəsindən yararlanmağa çalışacağıq. Maykl bizə lazımlı futbolçudur, çox köməyi dəyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail