Hacı Əliyev də Avropa çempionu olub

10.04.2019 | 5587 dəfə oxunub

Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya ikiqat Avropa çempionu Hacı Əliyev finalda türkiyəli  Selahəttin Kılıcsallayanı məğlub edib – 7:0. Bununla da idmançımız üçüncü dəfə Avropanın ən güclüsü adını qazanıb.

Daha bir sərbəst güləşçimiz Ağahüseyn Mustafayev (70 kq) finalda Mustafa Kaya ilə üz-üzə gəlib. Görüş türkiyəli idmançının qələbəsi ilə başa çatıb - 6:2. 

97 kq-dakı Nurməhəmməd Hacıyev isə bürünc medal uğrunda görüşdə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkib və 5:0 hesabı ilə qalib gəlib.

Həmçinin, dünən 1/4 finalda uduzan Mahir Əmiraslanov təsəlliverici görüşdə Zuheyir Əl Oraj (Fransa) ilə qarşılaşıb. 57 kq-da mübarizə aparan idmançımız qələbə qazanaraq bürünc medal uğurunda yarışa çıxıb. Mahir bu mərhələdə bolqarıstanlı Georgi Vangelova qalib gələrək turniri bürünc medalla başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail